DiasporDünyaGündəmManşetSiyasətXəbər xətti

Deputat Okruaşvili və Natelaşviliyə od püskürdü

Millət vəkili Azər Süleymanov “Vahid Milli Hərəkat” partiyasının hakimiyyəti dövründə Müdafiə Naziri və Daxili İşlər Naziri kimi yüksək postlarda çalışmış İrakli Okruaşviliyə qarşı od püskürdü.  Millət vəkili Azər Süleymanov bu barədə 24News.ge xəbər portalına danışıb.

“İrakli Okruaşvilinin Gürcüstan siyasətində heç bir çəkisi yoxdur”.

O, xatırladıb ki, Mixeil Sakaaşvilinin dövründə İrakli Okruaşvilininin bu tərz radikal ideaları olduğu üçün tutduğu vəzifəsindən azad etdilər: “ İ.Okruaşvili özündən başqa heç kimi görmədiyini görə, eləcə də rüşvətxor olduğuna görə komandadan qovuldu və işindən azad edildi həmçinin həbs cəzası aldı. Bunu da əlavə edim ki, İ.Okruaşvilinin Gürcüstan siyasətində heç bir çəkisi yoxdur. Vay olsun onun 500 000 (min) Gürcüstan vətəndaşı azərbaycanlını ölkədən qovmaq fikirinə. Yarım milyon azərbaycanlı Gürcüstan vətəndaşları aborigendir haradansa gəlmə deyil, kökümüz, əslimiz-nəslimiz buraya aid olub.

“Mənim subiyektiv fikrimə görə, İrakli Okruaşvili tam gürcü deyil”.

“Mənim subiyektiv fikrimə görə, İrakli Okruaşvili tam gürcü deyil. Əsl gürcü o ifadələrə yer verməz. Bu onun özü üçün ucuz bir reklam qazanmaqdır. Bu tərz addım heç bir siyasətçiyə yaraşmaz, onu kimi siyasətçi ölkənin tullantı siyasətçisidir”, deyə  A.Süleymanov qeyd edib.

“Gürcüstan siyasətində İ.Okruaşvili özünə yer tapa bilməyən bir siyasətçidir. Çox istərdim ki, Gürcüstan və Azərbaycan baş verən bu işlərə diqqət yetirməsin və iki dövlət arasında aciz siyasətçilərə görə xoş münasibətlərimizə xələl gəlməsin. Gürcüstan və Azərbaycan dövlətləri arasında  tarixi boyunca dostluq olub heç bir həll olunmamış məsələlərimiz olmayıb və hansısa qüvvələrə imkan verməyək ki, iki qardaş ölkə arasında əlaqələr pozulmasın. Mən bütün gürcü və azərbaycan xalqına demək istərdim ki, belə təxribatlara uymasınlar”, deyə vurğulayıb A.Süleymanov

Parlamentin üzvü “Liberal Partiyası”nın sədri Şalva Natelaşvilinin müsahibəsinə sərt tənqid edərək bunları qeyd edib: “Ş.Natelaşviliyə gəldikdə isə, o, Gürcüstanın Vladimir Volfoviç Jirinovskisidir və şoumen klounudur. Ş.Natelaşvili o cür bəyanat vermək əvəzinə gərək Azərbaycanın tarixini oxuyaydı. O hələ bu zamana qədər anlamır ki, özü haradadır, kim pul versə oraya qaçır, ulayan dörd ayaqlılar kimidir. Biz heç vaxt imkan vermərik ki, Ş.Natelaşvili kimi siyasətçi Gürcüstanda yaşayan azərbaycanlılara eləcə də Azərbaycan Respublikasına qarşı artıq, əskik ifadələr etsin”.

 

Bir cavab yazın