Finlandiyada Nəsiminin 650 illiyi ilə bağlı möhtəşəm konfrans – FOTOLAR
26 aprel tarixində Helsinkidə Finlandiya Təhsil işçilərinin həmkərlar ittifaqı ilə müqavilə uyğun bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının birgə layihəsi əsasında Finlandiya Azərbaycan Assosiasiyasının sədri Vasif Muradlının təşəbbüsü və dəstəyi ,Azərbaycanlı Qadınlar Cəmiyyətinin , Finladiya Azərbaycan Gənclər Birliyi Təşkilatının birgə təşkilatçılığı ilə İmaməddin Nəsiminin 650 illiyinə həsr olunmuş bədii ədəbi konfrans keçirilib.
Aktor.Az xəbər verir ki, konfransda Finlandiya Xarici İşlər Nazirliyinin Qafqaz ölkələri üzrə rəsmi nümayəndəsi Max Hatvala , Helsinki təhsil idarəsinin rəsmi nümayəndəsi Laurisalo Niina, Təhsil işçiləri həmkərlar ittifaqının rəsmisi Tiina İsaksson, Finlandiya əmək və sosial nazirliyinin əməkdaşı Puroaho Petri rəsmi qonaq qismində iştirak edirdilər.
Konfrans Azərbaycan himninin səsləndirilməsi ilə açıq elan olundu.
Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay konfransda çıxış edərək İmaməddin Nəsiminin həyat və yaradıcılığından geniş məlumat verərək bildirdi ki, Finlandiyada Avropa Ədəbi Tərcüməçilər İttifaqının (SİETL) üzvü Tahirə Cəfərovanın təşəbbüsü və redaktorluğu ilə “Gövhəri laməkan mənəm” adlı Azərbaycan poeziya antologiyası fin dilində çapdan çıxıb.
Arzu Oqtay: “Gövhəri laməkan mənəm” misrası İmadəddin Nəsiminin “Məndə sığar iki cahan…” misrası ilə başlanan şeirindəndir. Antologiyada Ə.Xaqanidən zəmanəmizə qədər Azərbaycan şairlərinin yaradıcılığı geniş təmsil olunub. Azərbaycan poeziya antologiyasına daxil edilən poetik əsərləri Finlandiyanın ən yaxşı şairləri – “Finlandiya” mükafatı laureatı Xannu Myakelya, tanınmış şair və naşir, Ömər Xəyyamın və Ceyms Coysun əsərlərinin tərcüməçisi kimi tanınan Leyevu Lehto, şair, tərcüməçi və ictimai xadim Yukka Malnilen, yazıçı, şair və ədəbiyyatşünas Timo Malmi və Tahirə Cəfərova tərcümə ediblər. Finlandıyalı tərcüməçilər Tahirə Cəfərova hazırladığı sətri tərcümələr əsasında işləyiblər. Onlar böyük poeziyanın təkcə mənəvi məzmununu deyil, görkəmli söz ustalarının şeirlərinin vəznini, qafiyə sistemini, digər özəl xüsusiyyətlərini qoruyub saxlamağa çalışıblar. Antologiyaya 27 şairin, o cümlədən Xaqani, Nizami, Nəsimi, Füzuli, Natəvan və Sabir kimi klassiklərin şeirləri, Stalin repressiyalarının qurbanları Hüseyn Cavid və Mikayıl Müşfiq kimi böyük Azərbaycan şairlərinin poetik nümunələri daxil edilib. “Gövhəri laməkan mənəm” antologiyasında XX əsrin böyük Azərbaycan şairləri Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Bəxtiyar Vahabzadə və Nigar Rəfibəylinin əsərləri də təmsil olunub. Təbii ki, kitaba müasir Azərbaycan poeziyasının nümayəndələri Vaqif Səmədoğlu, Fikrət Qoca, Ramiz Rövşən, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Vahid Əziz, Məmməd İsmayıl, Çingiz Əlioğlu, Nəsib Nəbioğlu, Kamal Abdulla və Hamlet İsaxanlının da şeirləri daxil edildiyini bildirib.
Sonra Finlandiya Gənclərbirliyi Təşkilatının sədri Nəzrin Məcidlinin dəvəti ilə konfransda iştirak edən Finlandiya Xarici İşlər Nazirliyinin Qafqaz ölkələri üzrə rəsmi nümayəndəsi Max Hatvalaya söz verildi. M.Hatvala Fnlandiya Azərbaycan əlaqələrinin çox qədim tarixə söykənərək möhkəm olduğunu bildirdi.
Fin iş adamlarının Azərbaycanda hər iki ölkə üçün yararlı olan birgə layihələr üzrə çalışdıqlarını, Nobel qardaşlarının Azərbaycanda fəaliyyətləri zamanı finlərin də onlarla birgə çalışmalarından danışdı.
M.Hatvala çıxışında bildirdi ki, artıq Finlandiya dövləti Azərbaycanda Nobel qardaşlarının fəaliyyəti və uğurları haqqında daha çox məlumat toplamaq üçün Azərbaycanda təqdiqatlar aparmaq üçün Azərbaycan dövlətinə müraciət edib. M.Hatvala eyni zamanda vurğuladı ki ,Finlandiya və Azərbaycan arasında six iqtisadi əlaqələr mövcuddur. Çıxışının sonunda bir ay öncə Azərbaycanda olduğunu və bu ölkəyə heyranlığını bildirdi.
Sonra söz Helsinki təhsil idarəsinin rəsmi nümayəndəsi Laurisalo Niinaya verildi. Laurisalo Niina bu tədbirə dəvət aldığı və burada İmaməddin Nəsimi haqqında eşiddikləri və təşkil olunmuş sərgidə gördüklərindən təsirləndiyini bildirırək ilk öncə konfransın təşkilatçılarına dərin təşəkkürünü bildirdi. Laurisalo Niina bildirdi ki, Azərbaycanla Finlandiyada hər sahədə olduğu kimi təhsil sahəsində də sıx əlaqələr var.
Daha sonra Təhsil işçiləri həmkərlar ittifaqının rəsmisi Tiina İsaksson çıxış edərək Finlandiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarınnın birgə layihəsi olan bu konfransı yüksək qiymətləndirərək azərbaycanlıların fin cəmiyyətinə inteqrasiyasinin yüksək olduğunu bildirdi.
Çıxışlar bitdikdən sonra Finlandiya Azərbaycan Gənclər Birliyi Təşkilatının sədri Nəzrin Məcidli və sədr müavinı Ayla Zülfi qonaqları salamlayaraq təşkilatları haqqında geniş məlumat verdilər. Sonra isə Azərbaycanın tarixindən, mədəni irsindən, bədii incilərindən sayilan İmaməddin Nəsimidən bəhs edən təqdimatı nümaiş etdirdilər. Təqdimat zamanı FAGBT sədri Nəzrin məcidli Nəsiminin “Məndə sığar iki cahan…” şerinin fin yazıçısı tanınmış şair Ömər Xəyyamın və Ceyms Coysun əsərlərinin tərcüməçisi kimi tanınan Leevi Lehto tərəfindən fin dilinə tərcumə olunmuş şerini gözəl intonasiya ilə ifa etdi.Təqdimatın sonunda isə Nəzrin Məcidlinin Azərbaycan xalq mahnısi Sarı gəlini musiqi müşahidə olunmadan canlı ifası tədbir iştirakçılarını heyrətləndirərək kövrəltdi.
Konfransın sonunda Azərbaycanın tarixindən, mədəniyyətindən, mətbəxindən bəhs edən sərgi Azərbaycanla virtual tanışlıq imkanı yaradır. Azərbaycanla vİrtual tanış olan qonaqlar Azərbaycana səyahət etmək isdədiklərini, hətta təhsil işçiləri həmkərlar ittifaqının rəsmisinin verdiyi təklifə əsasən Azərbaycan təhsil işçiləri həmkarlar ittifaqı ilə birgə lahiyə üzrə əməkdaşlıq etməyə hazır olduqlarını bildirdi.
Bu layihənin ərsiyə gəlməsi üçün Finlandiya Azərbaycan Assosiasiyasının rəhbəri Vasif Muradli FAA-nın hüquqşunası Cəmilə Tamayevanı Azərbaycan həmkarlar ittifaqı ilə əlaqə saxlanılamsını və bu təklif üzrə işləmlərə başlaması üçün görəvləndirdi.
Sərginın nümaiş edildiyi anda FAGBT sədri Nəzrin Məcidli qədim Azərbaycan xalq rəqsi olan Uzun dərə rəqsini qonaqların qarşısında ifa edərık qonaqları da rəqsə dəvət etdi.