GündəmİdmanManşetSiyasətXəbər xətti

Prezident Formula 1 qaliblərini mükafatlandırıb

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.Qran-Prinin qalibi Valtteri Bottasa kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim etdi.

Dövlətimizin başçısı Konstruktorlar kubokunu “Mercedes” komandasının nümayəndəsinə təqdim etdi.

İkinci yerin sahibi, “Mercedes”in sürücüsü Luis Hamiltona kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Ferrari” komandasının sürücüsü Sebastian Fettelə isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim etdilər.

Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

2016-cı ildə “Williams” komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb – 378 km/saat.

Bir cavab yazın