İdmanManşetXəbər xətti

Formula 1-də ağır qəza

Formula 1 SOCAR Azərbaycan Qran Prisində Formula 1 bolidlərinin sıralama turunda ağır qəza baş verib.“Williams” komandasının pilotu Robert Kubitsa idarəetməni itirərək səkiyə çırpılıb. Nəticədə onun bolidi sıradan çıxıb və pilot yarışı dayandırıb.

Bolid dərhal trekdən evakuasiya edilib.

Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

Bir cavab yazın