Sabiq gürcü nazir Bakını hədələdi:“500 mini qəbul edin!” – FOTOFAKT
Keçmiş prezident Mixeil Saakaşvilinin prezidentliyi dönəmdə Gürcüstanın Müdafiə naziri postunda çalışmış İrakli Okuruaşvili şəxsi facebook səhifəsində «Gürcü Arzusu”nun lideri Bidzina İvanişviliyə Azərbaycanla bağlı “məsləhətlər” verib.
24News.ge xəbər verir ki, o, son günlər Azərbaycan Gürcüstan sərhəddində yerləşən «David Qareci» (Keşişdağ) monastır kompleksi ətrafında yaranmış müzakirələrə münasibət bildirib.
İ. Okruaşvili yazısında əgər Azərbaycanbir “problem yaradırsa”(?), onu necə həll etməyin yollarını İvanişviliyə xatırladıb. Bildirib ki, nazır kimi çalışdığı dövrdə Azərbaycanla hansısa bir məsələdə problem yaranıbmış. Elə həmin zaman Azərbaycanın daxili işlər naziri ilə sərhəddə görüşdüyünü, əgər ertəsi günü bu problemin gürcülərin xeyirinə qərar verilərək həll olunmayacağı təqdirdə 500 min azərbaycanlını Qırmızı Körpüdə qarşılamalı olacağını xatırladıb.
Odioz siyasətçinin bu cür bəyanatına gürcü sosial şəbəkə istifadəçiləri də böyük dəstək verib. Ümumiyyətlə, son günlər gürcü siyasətçilər və bəzi bu qəbildən olan şəxslər bəyanatları ilə aşkar anti –Azərbaycan mövqeyi tutmaqdadır. İnanırıq ki, Azərbaycanın müvafiq qurumları həddini aşmış bu şəxslərə, eləcə də Gürcüstanın aidiyyəti təşkilatlarına öz etirazını bildirəcək.