GündəmManşetXəbər xətti

Mərkəzi Bank uçot dərəcəsini dəyişdi

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 9%-dən 8,75%-ə endirib.

Aktor.Az-ın məlumatına görə, bunu AMB-nin sədri Elman Rüstəmov mətbuat konfransında bildirib.

E.Rüstəmov qeyd edib ki, faiz dəhlizinin yuxarı həddi 10,75%, aşağı həddi isə 6,75% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Mərkəzi Bank faizlərə növbəti dəfə iyunun 7-də baxacaq.

Bir cavab yazın