“Babək”də avtomobil piyadanı vurub öldürdü
Paytaxtın Nizami rayonunun Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, aprelin 24-də saat 15 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində Qəbələ rayon sakini A.Amriyev idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Oleq Voronovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Nizami RPİ tərəfindən araşdırma aparılır.