GündəmManşetSiyasətXəbər xətti

Əli Əhmədov qondarma “erməni soyqırımı”ndan danışdı

“Yüz ildən çoxdur ki, bəşəriyyət tarixi bir yalanla üz-üzədir. Bu, qondarma “erməni soyqırımı”dır”.

Aktor.Az xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov Yeni Azərbaycan Partiyasında qondarma “erməni soyqırımı” ilə bağlı tədbirdə deyib.

Ə.Əhmədov bildirib ki, bunu yalnız yalan və uydurma sahəsində xüsusi təcrübəsi olanlar edə bilər: “Bu yalanın 100 ildən çox davam etməsi onu göstərir ki, məkrli, iyrənc məqsədlərə xidmət edir. Qondarma “erməni soyqırımı”nı sübuta yetirən heç bir fakt yoxdur. Bu yalan həm də ermənilərin qardaş Türkiyəyə və Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək məqsədi ilə bağlıdır. Digər tərəfdən isə Türkiyəyə siyasi təzyiqlərin göstərilməsi, müəyyən hallarda Azərbaycana qarşı bu yalandan istifadə edilməsi ilə bağlıdır. Bu yalana qarşı qoyulmalı olan həqiqətlər isə 100 ildən çoxdur unudulur və bu barədə danışmaq istəmirlər”.

Baş nazirin müavini əlavə edib ki, Türkiyənin müxtəlif bölgələrində, Azərbaycanda ermənilər tərəfindən qırğınların törədilməsi, əhalinin kütləvi şəkildə qətlə yetirilməsi, etnik təmizləmə siyasətinin həyata keçirilməsi bu həqiqətin bir hissəsidir: “Nəhayət, Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi, bir milyondan artıq insanın etnik təmizləməyə məruz qalması bəşəriyyətin susduğu, haqqında danışmaq istəmədiyi reallıqlardandır”.

O vurğulayıb ki, Türkiyə və Azərbaycanın qarşısında duran əsas vəzifə erməni yalanlarını dünyaya çatdırmaq üçün birgə işlər görməkdir.

Bir cavab yazın