Amil Məmmədov direktor təyin olundu
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əmrinə əsaslanaraq şəbəkəsinə daxil olan Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin direktoru vəzifəsinə adı “Qızıl kitab”a yazılmış, Prezident təqaüdçüsü, vokalçı Məmmədov Amil Həsən oğlu təyin olunub.Bu barədə Aktor.Az-a İdarədən məlumat verilib.
Xatırladaq ki, Baş İdarənin mədəniyyət evlərində işin təkmilləşməsi və qüsurların aradan qaldırılması ilə əlaqədar bir sıra kadr dəyişiklikləri edilir.