Xəbər xətti

Düyərli kəndində daşıyıcı qaz kəmərləri yenidən qurulur

Son illər SOCAR-ın“Azəriqaz” İstehsalat Birliyi tərəfindən Respublikanın yaşayış məntəqələrinə təbii qazın bərpası, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, səmərəli və effektiv qazpaylama infrastrukturunun yaradılması və şəbəkənin nəqletmə imkanlarının genişləndirilməsi, qaz kəmərlərinin və avadanlıqların yenidənqurulması istiqamətində geniş miqyaslı işlər görülür.

Belə ki, tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyi tərəfindən nəzərdə tutulmuş işlərin icrası ilə əlaqədar ilk növbədə kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidənqurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidənqurulması, eləcə də hər bir istehlakçının mənzilinə qaz sayğaclarının quraşdırılması işləri 2019-cu ildə də uğurla davam etdirilir.

“Azəriqaz”İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Aktor.Az-a verilən məlumatda deyilir ki,tədbirlər planına uyğun olaraq cari ildə Şəmkir Regional Qaz İstismar İdarəsinin 6 xidmət sahəsi üzrə 50 km qaz kəmərinin yenilənməsi işləri nəzərdə tutulmuşdur ki,artıq 13 km boru xətləri yenisi ilə əvəzlənib.Aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində şəbəkənin qaz nəqletmə imkanının artırılması məqsədi ilə,Şəmkir rayonunun Düyərli kəndini təbii qazla təmin edən orta təzyiqli daşıyıcı yeraltı qaz kəmərinin 4 min metr hissəsinin,diametri 250 mm-lik polietilen qaz kəməri ilə əvəzlənməsi işlərinə başlanılıb və 2 500 metrdən artıq hissəsi yenilənib.Yenidənqurma işlərinin qısa zamanda başa çatdırılması üçün müvafiq tədbirlər görülür. İşlər başa çatdırıldıqdan sonra 2 minə yaxın təbii qaz istehlakçılarının tələb olunan təzyiqdə təbii qazla təminatı üçün əlavə imkan yaradılacaq. İstehlakçıların dayanıqlı təbii qazla təmin olunması üçün vacib məsələləri müəyyənləşdirən SOCAR-ın“Azəriqaz” İstehsalat Birliyi istər Bakı şəhəri, istərsə də regionlarda qaz boru xətlərinin, avadanlıqların, ölçü və idarəetmə sistemlərinin işinin etibarlı təmin olunması üçün,planlı surətdə profilaktik təmir və qulluq işlərini, həmçinin qaz şəbəkəsinin yenidənqurulması, qaz təchizatının bərpası ilə yanaşı, yeni qaz kəmərlərinin çəkilməsi və yaşayış sahələrinin qazlaşdırılması işlərini davam etdirir.

Bir cavab yazın