Bakıda daha bir yanğın — 70 yaşlı qadın öldü
Dünən axşam daha bir yanğın Nizami rayonunda baş verib. Aktor.Az FHN-ə istinadən xəbər verir ki, hadisə beşmərtəbəli yaşayış binasında qeydə alınıb.
Belə ki, ikinci mərtəbədə ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 1949-cu il təvəllüdlü İbrahimova Validə Nəsir qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Evin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.