GündəmİdmanManşetVideo xəbərXəbər xətti

ÇL:Messi qaldı, Ronaldo getdi – VİDEO

UEFA Çempionlar Liqasının ¼ final mərhələsinin cavab qarşılaşmaları keçirilib.Aktor.Az xəbər verir ki, “Barselona” komandası “Kamp Nou”da İngiltərənin “Mançester Yunayted” klubuna qalıb gəlib.

3:0 hesablı ilə qalıb gələn kataloniyalılarda qolların ikisini Lionel Messi, oyunun son qolunu  isə 61-ci dəqiqədə uzaq məsafədən zərbə ilə Filipe Koutinyo vurub.Bununla da “Barselona” turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Turnirin digər ¼ final oyunu İtaliyada keçirilib. “Yuventus” Hollandiyanın “Ayaks” klubunu qəbul edib.

Matç qonaq komandanın 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. Kristiano Ronaldonun 28-ci dəqiqədə vurduğu qola, hollandiyalılar 34-cü (Van de Bek) və 67-ci (Matteys de Liqt) dəqiqələrdə cavab verib.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Beləliklə, iki oyunun nəticəsinə əsasən, “Ayaks” Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb.