DiasporDünyaƏdəbiyyatFotoGündəmManşetSiyasətXəbər xətti

Marneulidəki parka N. Nərimanovun adının verilməsini arzu edirik – İcraçı direktor

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (“GAİM”) və Tbilisi şəhərində yerləşən Nəriman Nərimanovun xatirə muzeyinin birgə təşkilatçılığı ilə 14 Aprel tarixində Marneuli şəhərində N.Nərimanovun büstü yerləşən parkda N.Nərimanovun anadan olmasının 149-cu ildönümü qeyd edildi.

Aktor.Az xəbər verir ki, tədbir təşkilatçıları və iştirakçılar ilk öncə N.Nərimanovun Marneulidə yerləşən abidəsi önünə gül dəstələri qoyublar, daha sonra qonaqlar parkda sərgilənın kitablar və xatirə şəkilləri ilə tanış olublar.

Tədbiri giriş sözü ilə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (“GAİM”) icraçı direktoru Aygül İsayeva açıb. N. Nərimanovun həyat və fəaliyyəti barədə ətraflı məlumat verən A.İsayeva Nərimanovun görkəmli ictimai xadim, müəllim, pedaqoq, həkim, yazıçı, dramaturq, maarifpərvər insan kimi xidmətlərini vurğulayıb. N. Nərimanovu azərbaycan və gürcü xalqları arasında “Dostluq Simvolu”, “mənəvi körpü” adlandıran Aygül İsayeva gələn il Nərimanovun 150 illiyi çərçivəsində Marneulidəki parka və Mədəniyyət Evinə rəsmi olaraq N. Nərimanovun adının verilməsini arzu etdiyini bu məsələ ilə bağlı bir qrup gənclər tərəfindən Marneuli Bələdiyyəsinə təqdim olunan ərizəyə müsbət cavab veriləcəyinə ümid etdiyini xüsusi vurğulayıb.

Daha sonra N.Nərimanovun Tbilisidəki xatirə muzeyinin kuratoru Rəna Dəlivəlova N. Nərimanovun 149-cu ildönümü münasibətilə muzeydə “Açıq Qapı” elan olunduğunu qonaqların diqqətinə çatdırıb.

Tədbir Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev, GAİM-in idarə heyətinin sədri Murad Muradov, GAİM-in idarə heyətinin üzvü Fatma Əliyeva, Qarapapaqlar jurnalının redaktoru Akif Xansultanlının çıxışları ilə davam etdirilib.

Sonda Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində təhsil alan şagirdlər N.Nərimanovun oğlu Nəcəfə yazdığı vəsiyyətnaməni oxuyublar.

 

Bir cavab yazın