Çavuşoğlu Fransanı yıxıb-sürüdü: “Həddinizi bildirəcəyik” – AKTOR TV
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Antaliyada keçirilən NATO Parlament Assambleyasının 99-cu RoseRoth seminarı və Aralıq dənizi Yaxın Şərq Xüsusi Qrupunun birgə yığıncağında, Fransa prezidenti Emmanuel Makronun partiyasından deputat Sonia Kriminin qondarma “erməni soyqırımı” və PKK terror təşkilatı ilə bağlı açıqlamasına sərt reaksiya verib.
Aktor.Az xəbər verir ki, Çavuşoğlu Fransa deputatlarına ölkələrinin Ruanda, Əlcəzairdə törətdiyi soyqırımları xatırladıb.
Çavuşoğlu, onu alqışlayan fransız millət vəkillərinə sərt reaksiya verərək “Nə qədər nəzakətli olduğunuzu görürük. Nə qədər sayqılı olduğunuzu görürük. Həqiqətləri eşitmək istəmirsiz. Ancaq buna alışacaqsız, başqa seçiminiz yoxdur” deyib.
Çavuşoğlunun sözlərindən sonra Fransanın iki qadın deputatı zalı tərk edib.