FotoXəbər xətti

“Azəriqaz” və “Azərkimya” İstehsalat Birlikləri birgə iməcilik keçirib – FOTOLAR

Aprel ayının 13-də “Azəriqaz” və “Azərkimya” İstehsalat Birliklərinin əməkdaşları Sumqayıt şəhəri ərazisində, abadlaşdırma və yaşıllıqların salınması məqsədilə birgə iməciliklər keçiriblər. Bu barədə Aktor.Az-a “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda deyilir.

Ətraf mühitin mühafizəsi və insanların sağlam təbii mühitdə yaşaması istiqamətində aparılan işlər sırasında yaşıllaşdırma işlərinin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq bu sahəyə xüsusi diqqət yetirilmişdir. Böyük ruh yüksəkliyi şəraitində keçən iməcilik zamanı Etilen-polietilen zavodunun Azot-oksigen qurğusunun qarşısında xüsusi yaşıllıq zonası üçün ayrılmış ərazisində ümumilikdə 800 ədəd müxtəlif ağac növləri əkilib. Ərazidə mövcud olan ağac və tinglərə su verilib və dibləri bellənib.

Xatırladaq ki, iməciliyə səhər saatlarından start verilib və bir neçə saat davam edib. İməcilikdə “Azəriqaz” və “Azərkimya” İstehsalat Birliklərinin 100-dən artıq əməkdaşı iştirak edib.