DiasporDünyaGündəmManşetSiyasətXəbər xətti

“Finlandiyada yaşayan azərbaycanlılar prezidentimizlə qürur duyurlar” – Baş katib

Ulu öndər Heydər Əliyevin ailəsində dünyaya göz açmış, böyük Əliyev məktəbi keçmiş, Cənab prezidentimiz İlham Heydər oğlu Əliyev haqqında nə qədər müsbət fikir söyləsək, azdır.

Bildiyimiz kimi Ulu öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra ictimai-siyasi sabitlik bərqərar olunmuşdur.Ölkə həyatının bütün istiqamətlərində köklü islahatlar aparılmışdır.

Ümummilli liderimiz Heydər Əliyevin “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – söyədiyi bu ifadə həqiqətən də, sözün əsil mənasında cənab Prezident İlham Əliyevin 2003-20019 illər arasındakı prezidentlik fəaliyyətində özünu tam şəkildə döğrultdu.

2003-cü ildə Prezident seçkilərində qalib gələn və prezident səlahiyyətlərinə başlayan andan “Bz bundan sonra elə yaşamalıyıq ki, sanki bir neft ölkəsi deyilik və neftimiz yoxdur”, deyən İlham Əliyev neftlə bağlı iqtisadiyyatın çətinliklərini layiqincə qiymətləndirərək daha uzaq perspektivə nəzər salmağı bacardı.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasi və iqtisadi islahatları nəticəsində ölkəmiz dünya dövlətləri arasında böyük nüfuza malik dövlətə çevrilib. 2003-cü ilin prezident seçkilərində xalqın böyük etimadını qazanaraq dövlət başçısı seçilmiş cənab İlham Əliyev diaspor məsələlərinə diqqətini artırmış, xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanması, onların vahid ideya ətrafında birləşdirilməsi siyasətini müvəffəqiyyətlə davam etdirmişdir. Prezident İlham Əliyev hər zaman dünyada yaşayan həmvətənlərimizin ümumi maraqlarımız ətrafında sıx birləşməsinin tarixi zərurət olduğunu vurğulamışdı.Ümummilli lider Heydər Əliyevin bu sahədə əldə etdiyi nailiyyətlərə əsaslanaraq, daha da irəliyə getmək üçün mühüm addımlar atılmasının vacibliyi ortaya qoyuldu.Təbii ki, Finlandiyada yaşayan biz azərbaycanlılar da prezidentimizlə qürur duyuruq.

Azərbaycanın xarici siyasəti artıq dünya birliyində uğurlu siyasət kimi tanınır. Xaricdə yaşayan biz azərbaycanlılar da bununla öz ölkəmizlə ilə fəxr edir və Cənab prezidentimizə fəaliyyətində uğurlar arzulayiriq. İnanıriq ki, Cənab İlham Əliyevin yürütdüyü uğurlu xarici və daxili siyasət nəticəsində işğal olunmuş torpaqlarımız tezliklə düşmənlərdən azad olacaq, ölkəmizdə sülh ,əminamanlıq bərqərar olunacaq.

 

Arzu Oqtay,

Finlandiya Azərbaycanlari Assosiasiyasının həmsədri

Avropa Azərbaycanlıları Konqresinin baş katibi

 

Bir cavab yazın