GündəmManşetSiyasətSosialTəhsil

Azərbaycan Prezidentinin gördüyü işlər sübut edir ki, dövlət üçün onun vətəndaşının mənafeyindən üstün heç nə yoxdur

Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi dərin islahatlar proqramı uğurla həyata keçirilməkdədir. İnnovativ təşəbbüslər, sistemli, strateji nəticəyə yönəlik uğurlu fəaliyyət son aylar ərzində islahatların sayını artırmaqla, onların sistemliliyini, ardıcıllığını təmin etməklə, ən əsası, bütün sahələrə yönəltməklə cəmiyyət həyatının rifahını yüksəldib. Dövlətimizin başçısı hər zaman aparılan islahatların davamlı və sistemli olduğunu deyir və bunu əyani şəkildə tətbiq edir.

Bu sözləri Aktor.Az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Yusif Ağayev bildirib.

Y.Ağayev qeyd edib ki, cəmiyyətin və vətəndaşın rifahına xidmət edən islahatlar əsaslı dəyişikliklərin, yeniliklərin ifadəsidir. Burada əsas güclü, inkişaf edən Azərbaycan və onun rifah içərisində yaşayan vətəndaşı konsepsiyasıdır. Xalqın sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən islahatların nəticələrini vətəndaş öz üzərində görür və bunu dövlət başçısının yüksək diqqət və qayğısı kimi qiymətləndirir. Heç şübhəsiz, çətin vəziyyətlərdə, hətta təbii fəlakətlər zamanı vətəndaş yanında Azərbaycan Prezidentini görür, onun qayğısını hiss edir. Bu isə, öz növbəsində, Prezident-xalq birliyini möhkəmləndirir. Vətəndaş bilir ki, ən ağır vəziyyətdə Prezident onun yanındadır. Azərbaycan Prezidentinin davamlı şəkildə həyata keçirdiyi islahatlar paketi cəmiyyətimizdə inam və etimad mühitini formalaşdıran ən vacib amillərdəndir. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar sosial sifariş olaraq birbaşa əhalinin problemlərinin həllinə, onların rifahının yüksəlməsinə və layiqli həyat səviyyəsinin təmin olunmasına xidmət edir. Son zamanlarda imzalanan sosialyönümlü fərman və sərəncamlarla dövlətimizin başçısı bir daha sübut edir ki, Azərbaycan dövlətinin qarşısında onun vətəndaşının mənafeyindən, rifahından üstün heç nə yoxdur.

Y.Ağayev qeyd edib ki, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib. Ölkədə etnik, dini və ictimai-siyasi zəmində sabitlik hökm sürüb, ictimaiyyətdə narahatlıq doğuran ciddi hallar müşahidə edilməyib. Bütün bunlar ölkədaxili vəziyyəti və Azərbaycan Prezidentinin fəaliyyətini yüksək qiymətləndirməyi təmin edən amillərdir. Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunun nəticələri xalqımızın Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi qiymətin göstəricisidir. Məhz bunun nəticəsidir ki, sorğunun “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib.

 

Bir cavab yazın