DiasporDünyaFotoManşetSiyasətVideo xəbərXəbər xətti

Gürcüstanda azərbaycanlı namizədin posteri söküldü – SƏBƏB (FOTO/VİDEO)

Gürcüstanın Marneuli şəhərində 8 aprel tarixində hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının merliyə namizədi Zaur Darğallının təbliğat-reklam posteri sökülüb.

24News.ge-nin xəbərinə görə, Marneuli rayonunun Rustaveli küçəsində yerləşən billboardda uzun illərdir ki, gürcü ədəbiyyatının banilərindən olan İlya Çavçavadzenin posteri asılı olub. Lakin 7 aprel tarixində həmin poster sökülərək əvəzində hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının Marneuli merliyinə namizədi Zaur Darğallının posteri asılıb.

Marneuli rayonunun Rustaveli küçəsində asılan iqtidar namizədinin təbliğat posteri yerli müxalifət tərəfindən  sosial şəbəkədə etirazla qarşılandığından poster sökülərək İlya Çavçavadzenin posteri təkrar geriyə asılıb.

Hakim partiyanın namizədinin gənclər tərəfindən yaradılan dəstək təşəbbüs qrupundan məsələ ilə bağlı bildirilib ki, posterləri reklam lövhələrinə asan şirkət əməkdaşlarının səhvi olub:

“Həmin şirkət burada yalnışlıq edib.Şirkətin əməkdaşları Marneulidəki billboardların hamısına posterlər asılacaq düşüncəsi ilə hərəkət ediblər. Ancaq sonra onlar öz səhvlərini bilib və yaranan problemi aradan qaldırıblar”.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçiriləcək aralıq seçkilərinin tarixini rəsmi olaraq may ayının 19-da keçiriləcəyini elan etsə də, təbliğat və təşviqat kampaniyaları barədə rəsmi heç bir məlumat bildirməyib.

Həmin video materialı təqdim edirik:

Bir cavab yazın