Şura 4-ci qrant müsabiqəsini elan etdi
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT layihələrinin maliyyələşməsi ilə bağlı 2019-cu il dördüncü qrant müsabiqəsini elan edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura) qrant müsabiqəsində (bundan sonra – müsabiqə) iştirak etmək üçün Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş QHT-ləri ərizə təqdim etməyə dəvət edir.
Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri qəbul edir:
SN |
Müsabiqə mövzusunun istiqaməti |
Bir layihə üçün maksimum məbləğ (Manatla) |
|
Bloggerlik/Vloggerlik fəaliyyətinin genişləndirilməsinə dair təşəbbüslər |
10 000,0 |
|
Xarici televiziyalarda Azərbaycanla bağlı verilişlərin və reportajların hazırlanmasına dair təşəbbüslər |
15 000,0 |
|
Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyətinin beynəlxalq arenada dəstəklənməsinə dair təşəbbüslər |
15 000,0 |
|
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbirlərin keçirilməsi |
10 000,0 |
|
Televiziyalarla birgə (internet televiziyaları istisna olmaqla) ictimai əhəmiyyət kəsb edən məsələlərə dair sosial çarxların və verilişlərin hazırlanması |
10 000,0 |
|
Sosial media üzrə bilik və bacarıqlarının artırılmasına dair təşəbbüslər |
10 000,0 |
|
Dənizkənarı ərazilərdə (çimərlik) ətraf mühitdəki mövcud ekosistemin və müvafiq infrastrukturun monitorinqinə dair təşəbbüslər |
10 000,0 |
|
Azərbaycanda yaşayan milli azlıqların mədəni irsinin təbliğinə dair təşəbbüslər |
10 000,0 |
|
Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə sahəsində tədqiqatların aparılması və tədbirlərin keçirilməsi |
10 000,0 |
|
Məişət zorakılığı ilə mübarizə sahəsində təşəbbüslər |
10 000,0 |
|
İstehlakçıların hüquqlarının və qida təhlükəsizliyinin qorunmasına dair təşəbbüslər |
10 000,0 |
|
Azərbaycanda yaşayan əcnəbilərin və qaçqın statusu verilmiş şəxslərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının dəstəklənməsinə dair təşəbbüslər |
10 000,0 |
|
Yol hərəkəti təhlükəsizliyi qaydalarının təbliğinə dair təşəbbüslər |
10 000,0 |
|
İcbari tibbi sığorta barədə ictimai məlumatlılığın artırılmasına dair təşəbbüslər |
10 000,0 |
|
Bələdiyyə seçkiləri ilə bağlı seçicilər arasında maarifləndirmə tədbirlərinin keçirilməsinə dair təşəbbüslər |
10 000,0 |
Müsabiqədə iştirak edən QHT irəli sürdüyü problemin həlli ilə bağlı müvafiq sahələr üzrə zəruri potensiala malik işçi (ekspert) heyətinə malik olmalıdır.
Layihələrin müddəti
Layihələrin müddəti 2 aydan 6 ayadək ola bilər.
Qrantın məbləği
• 2018-ci il dekabrın 31-dən sonra dövlət qeydiyyatına alınmış QHT-lər 3000 (üç min) manatdan artıq olmayan məbləğdə layihə təklifləri ilə müraciət edə bilər.
Müsabiqə mərhələləri
Müsabiqə üzrə ərizə və layihə sənədlərinin qəbulu 8 aprel 2018-ci il tarixdən elektron qaydada həyata keçirilir. Müsabiqə prosesi 5 mərhələ üzrə aparılır:
• 1-ci mərhələ – Ərizənin qeydə alınması və layihə sənədlərinin qəbulu;
Bu mərhələ 8 aprel–3 may 2019-cu il saat 18.00-dək müddəti əhatə edir.
• 2-ci mərhələ – Ərizələrin texniki seçim mərhələsi;
Bu mərhələ 8 aprel–3 may 2019-cu il tarixədək müddəti əhatə edir. Təqdim olunan ərizə, əlavə edilmiş sənədlər araşdırılır və ərizənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.
• 3-cü mərhələ – Layihə sənədlərinin texniki seçim mərhələsi;
Bu mərhələ 8 aprel- 13 may 2019-cu il tarixlərini əhatə edir. Təqdim olunan layihə sənədləri araşdırılır və layihənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.
• 4-cü mərhələ – Qeydə alınmış layihələrin vətəndaşlar və ekspertlər tərəfindən qiymətləndirilməsi;
Bu dövr 14 may – 07 iyun 2019-cu il tarixlərini əhatə edir. Bu mərhələdə qeydə alınmış layihələr Şuranın e-vətəndaş proqramı vasitəsilə vətəndaşlar və ekspertlər tərəfindən onlayn qaydada qiymətləndirilir.
• 5-ci mərhələ – Şurada müzakirə və qaliblərin elan edilməsi;
Müsabiqə qalibləri 2019-cu il iyunun 14-dən sonra elan olunacaq. Müsabiqənin nəticələri haqda məlumatlar Şuranın rəsmi internet saytında və digər internet informasiya resurslarında dərc ediləcək.
Əlavə məlumatlar
Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 12 aprel 2019-cu il saat 15.00-da Şuranın inzibati binasında (Bakı şəhəri, Fikrət Əmirov küçəsi 1, 2-ci mərtəbə) keçiriləcək.
Müsabiqədə iştirakla bağlı e-ərizə bölməsindən istifadəyə dair təlimatla (http://e-qht.az/news/one/68) tanış olmaq olar.
Əlavə məlumat almaq üçün Şura Katibliyinin məsləhətçisi Elnur Bağırlıya müraciət etmək olar.
Tel/faks: (012) 493 17 32/80 (daxili nömrə:270).
E-mail: ebagirli@cssn.gov.az