Müxalifət Marneulidə aksiya keçirib – VİDEO/FOTO
Gürcüstanda fəaliyyət göstərən Vahid Milli Hərəkat Partiyasının üzvləri bu ölkənin Mərkəzi Seçki Komissiyasının Marneuli nümayəndəliyi önündə etiraz aksiyası keçiriblər.24News.ge xəbər verir ki, müxalifət Bəylər kəndində mövcud olan seçki məntəqəsinin köçürülməsinə etiraz ediblər.
Etirazçılar Bəylər kəndində mövcud olan 78-ci seçki məntəqəsinin Norqiuli (Mirzovka) kəndinə köçürülməsinə etiraz ediblər.
Aksiya iştirakçıları bildiriblər ki, hər seçkidə qeyd olunan seçki məntəqəsində Vahid Milli Hərəkat partiyası liderlik edib və indi Gürcü Arzusu çalışır ki, sözü gedən məntəqəni ləğv edərək başqa məntəqə ilə birləşdirsinlər.
VMH partiyasının üzvləri 78-ci seçki məntəqəsinin Bəylər kəndində qalmadığı təqdirdə müxalifətin geniş miqyaslı etiraz aksiyaları keçirəcəklərini bildiriblər.
MSK-nın Marneuli ofisindən isə 78-ci seçki məntəqəsinin köçrülməsini Norqiuli (Mirzovka) kəndində nəzərdə tutulan məntəqənin şəraitinin daha əlverişli olmasını göstəriblər.