ƏdəbiyyatGündəmManşetXəbər xətti

Vaqif Səmədoğlu Mərkəzi yaradılıb

Mərhum şair Vaqif Səmədoğlunun adını daşıyan Mərkəzi yaradılıb.Bu barədə Aktor.Az-a Vaqif Səmədoğlu Mərkəzinin təsisçilərindən olan hüquqşünas Səməd Vəkilov məlumat verib.

Vəkilovun sözlərinə görə, “Vaqif Səmədoğlu Mərkəzi” İctimai Birliyi Ədliyyə Nazirliyin bu il fevralın 13-də keçirilmiş kollegiyasında rəsmi qeydiyyatdan keçib.İctimai Birliyin sədri mərhum şairin həyat yoldaşı Nüşabə Vəkilovadır.

Hüquqşünas bildirib ki, Mərkəz xalq şairi Vaqif Səmədoğlu irsinin öyrənilməsi ilə yanaşı, Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı tədbirlər, müxtəlif layihələr həyata keçirəcək.

 

Səməd Vəkilov