“Təmiz təbiət, sağlam həyat: GƏNCLƏR ÜÇÜN KİTABÇA” layihəsi çərçivəsində sonuncu tədbir reallaşdı – FOTOLAR
15 mart 2019-cu il tarixdə Binəqədi Gənclər evində Yusifzadə Aytən Anar qızının Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı “Təmiz təbiət, sağlam həyat: GƏNCLƏR ÜÇÜN KİTABÇA” layihəsi çərçivəsində sonuncu tədbiri baş tutub. Tədbirdə QHT və media rəhbərləri, tanınmış jurnalistlər, ekspertlər və gənclər iştirak ediblər.
Tədbirin moderatoru layihə ilə bağlı iştirakçıları məlumatlandırıb və sözü məruzəçilərə verib.
Sonra geniş məruzə ilə çıxış edən politoloq Ramiz Əliyev dünyada baş verən müharibələrin, münaqişələrin ekoloji böhrana səbəb olduğunu dedi.
İnsan Haqları və Demokratiya İnstitutunun rəhbəri Əhməd Şahidov isə geniş məruzəsində Ermənistanda fəaliyyət göstərən Metsamor ATOM Elektrik Stansiyasının təkcə ölkəmiz üçün deyil, region üçün ciddi ekeloji terror olduğunu dedi.
Tədbirin sonunda layihə çərçivəsində dərc edilən “Təmiz təbiət, sağlam həyat” adlı kitabça gənclərə təqdim edilib və müzakirələr çay süfrəsi arxasında davam edib.
Məumat üçün qeyd edək ki, Yusifzadə Aytən Anar qızının Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı “Təmiz təbiət, sağlam həyat: GƏNCLƏR ÜÇÜN KİTABÇA” layihəsi 15 dekabr 2018-ci il tarixdən 15 mart 2019-cu il tarixlərində reallaşıb. Layihə çərçivəsində eyniadlı 40 səhifəlik kitabça çap edilərək gənclərə paylanılıb.
7NEWS.az