Gənclər fondu

“Təmiz təbiət, sağlam həyat: GƏNCLƏR ÜÇÜN KİTABÇA” layihəsi çərçivəsində ikinci tədbir reallaşdı – FOTOLAR

14 mart 2019-cu il tarixdə Binəqədi Gənclər evində Yusifzadə Aytən Anar qızının Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı “Təmiz təbiət, sağlam həyat: GƏNCLƏR ÜÇÜN KİTABÇA” layihəsi çərçivəsində ikinci tədbiri baş tutub. Tədbirdə QHT və media rəhbərləri, tanınmış jurnalistlər, ekspertlər və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə moderator, Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli açaraq ekoloji maariflənmədə medianın rolundan danışıb.

Sonra Gənclər Üçün Təhsil Mərkəzinin rəhbəri Fəxrəddin Həsənzadə çıxış edərək Gənclər Fondunun bu mövzuya yer ayırmasını yüksək qiymətləndirib. F.Həsənzadə geniç məruzəsində bu kimi layihələrin təkcə Bakıda deyil, regionlarda da qeyd edilməsiniin vacibliyindən danışıb.

Tədbirin sonunda layihə çərçivəsində dərc edilən “Təmiz təbiət, sağlam həyat” adlı kitabça gənclərə təqdim edilib və müzakirələr çay süfrəsi arxasında davam edib.

Məumat üçün qeyd edək ki, Yusifzadə Aytən Anar qızının Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı “Təmiz təbiət, sağlam həyat: GƏNCLƏR ÜÇÜN KİTABÇA” layihəsi 15 dekabr 2018-ci il tarixdən 15 mart 2019-cu il tarixlərində reallaşıb. Layihə çərçivəsində eyniadlı 40 səhifəlik kitabça çap edilərək gənclərə paylanılıb.

7NEWS.az













Bir cavab yazın