Tovuzun icra başçısı üçün qırmızı işıq yoxdur – VİDEO
Tovuz rayonu sakinlərindən biri saytımıza öz avtomobilinə quraşdırılmış videoregistrator vasitəsi ilə çəkilmiş videogörüntü göndərib.
Martın 30-da rayonun ərazisində yol ayrıcında işıqforun qırmızı işığının yanmasına baxmayaraq, Tovuz rayonu İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun 60 AA 001 dövlət qeydiyyat nişanlı xidməti avtomobilinin sürücüsü hərəkəti davam etdirir.
Görünür ki, bu sürücü hələ də Yol hərəkəti qaydalarının hamıya aid olmasından xəbərsizdir. Ümid edirik ki, DYP rəhbərliyi bu görüntü əsasında həmin sürücüyə protokol tərtib edib, qanun qarşısında hər kəsin eyni hüquqlu olmasını bildirəcəklər./Qaynarinfo