DünyaGündəmManşetŞou-biznesVideo xəbərXəbər xətti

İranlı reperin Tbilisidəki konserti böyük skandal yaratdı – VİDEO/FOTO

Bir neçə gün öncə İran İslam Respulikasının Tbilisidəki səfirliyi binası önündə etiraz aksiyası keçirilib. Aktor.Az-ın xarici mediaya istinadən məlumatına görə, aksiya iştirakçıları iranlı reper Əmir Tatalunun səhnədəki hərəkətlərinə etiraz ediblər.

Aksiyanın təşəbbüskarı Gürcüstan parlamentinin keçmiş üzvü Dmitri Lordkipanidze Tatalunun səhnədə əxlaqsız tərzdən istifadə etdiyini, onun cibində marixuanın olduğunu və müğənnin gürcü gənclərə pis nümunə təlqin etdiyini xatırladıb.Onun qənaətinə görə, bu hərəkəti ilə Tatalu Gürcüstan ictimaiyyətini təhqir edib.

 

 

Etirazçılar İranın səfiri ilə görüşüb və şikayətlərini bildiriblər:“Biz onun Gürcüstan ərazisindən deportasiyasını və üzr istəməsini istəmişik.Əgər o, bunu etməsə, səfir bunu etsin”.

 

 

Məsələ ilə bağlı İran səfirliyi bəyanat yayıb.Bildirilib ki, İran Gürcüstanın qanunvericiliyinə və mədəniyyətinə hörmət edir və nə səfirliyin, nə də ölkələrinin Əmir Tatalunun Gürcüstandaki konsertinin təşkili ilə bağlı məlumatları yoxdur.

“Tbilisidə keçirilən konsertdə iranlı müğənninin qeyri-etik hərəkətinə görə, gürcü ictimaiyyətinin göstərdyi narahatçılıqdan dolayı, İran İslam Respublikasının Gürcüstan səfirliyi təəssüfünü bildirir. Həmçinin, qeyd olunmalıdır ki, müxtəlif cinayətlərə görə, həmin müğənniyə qarşı İranda cinayət işləri qaldırılıb”.

Bu arada bəzi rep ustaları və bu janr üzrə ekspertlər Tatulunun davranışlarını təqdir ediblər.Əlavə ediblər ki, onun bu cür davranışı İrandakı qapalı və mühafizakar rejimi iflasa uğratmaqdır.

Aktor.Az Tatalunun Tbilisidəki konsertindən bir hissəni təqdim edir :

 

 

Bir cavab yazın