Xəbər xətti

Abuzəri erməni zorla anasının əlindən alıb əvvəlcə nizəyə taxmış sonra isə… (FOTO)

Nargilə Nənəmin yaşadığı Şərur-Dərələyəz qəzasının Amağu kəndi SOYQIRIM cinayətinin ən ağır formada həyata keçirildiyi yaşayış məntəqələrindən biridir. 

Anam Zeynəb Vəkilova: “Elə bir gün olmazdı ki, anam Nargilə   gözləri önündə nizəyə taxılan qardaşları Yusif və Abuzər dayılarımı yada salıb ağlamasın, anamın gözlərinin  güldüyünü heç vaxt görmədim, anamın göz yaşları kədər çeşməsi idi, ömrü boyu bir gözü ilə qardaşı  Yusifə o biri gözü ilə qardaşı Abuzərə yas tutdu. Ermənilərdən bu qisas alınmayınca bizim də gözlərimiz gülməməlidir!”.

Zeynəb Əli qızı Vəkilova

Silahsız kənd cammatını tələyə salıb tutan ermənilər mülki əhalini bir yerə yığıb günlərlə ac-susuz saxlayırlarmış. Anası Fatimənin döşlərindən süd əmən 3 yaşlı Abuzəri erməni zorla anasının əlindən alıb əvvəlcə nizəyə taxmış sonra isə anasının və görpə  Nargilənin gözləri önündə divara çırpmışdır.3 yaşlı körpə Abuzərin qanı anası Fatimənin və hələ ətrafda olub bitənləri tam təfərrüatı ilə anlamaqda çətinlik çəkən körpə  Nargilənin üzünə sıçramışdır. Qrdaşı Yusifin faciəsi  də   Nargiləyə  və anası Fatiməyə eyni həyacanları yaşatmışdır. Onlar artıq susuzluqdan ürəkləri parçalanırdı  Nargilənin anası Fatimə   qardaşın Yusifi  əlində tut xəlvətcə  bulaqdan su içib gəlin söylədi.  Nargilə qorxa-qorxa qardaşının əlindən tutub     həyacanla o tərəf bu tərəfə baxaraq yaxınlıqda heç kimi görmədiyi fikirləşib  Yusiflə birlikdə bulağa tərəf hərəkət etdilər. Bulağa çatmağa az qalmışdı  ki, ermənilər uzaqdan  Nargilə ilə Yusifin bulağa tərəf gəldiklərini gördülər. Atı bulağın başına sürən ermənilər  Nargilə və Yusifin   bulaqdan su içməyinə imkan vermədilər.Nargilə qorxusundan əsirlərin saxlandığı yerə tərəf qaçmağa başlayanda   ermənilər Yusifi göyə tullayıb nizəyə taxdılar.  Nargilə qaça-qaça anası  Fatiməgilin əsir saxlandığı yerə yaxınlaşdı. Ermənilər Yusifi  nizəyə taxdıqdan sonra  atı Nargilənin dalınca sürdülər.  Nargilə anası Fatiməyə tərəf getsə ələ keçəcəyini hiss edib yerdə olan meyyitlərin arasına uzandı. Ermənilər gəlib meyitlərə çatdılar və kiminsə sağ qala biləcəyini yaxud bulaqdan qaçan uşağın meyittlərin arasında olacağı ehtimalını  yoxlamaq üçün yerdəki meyittləri bir-bir nizələməyə başladılar. Növbə Nargiləyə çatdı nizə ilə Nargilənidə də vurdular Nargilə qorxusundan heç bir reyaksiya vermədi və ermənilər onu da ölmüş bildilər. Beləliklə erməni nizəsini izlərini bir ömür bədənində, qardaşları Yusif və Abuzərin ölümünü isə gözlərində daşıyan  Nargilə nənəm sağ qaldı. Bu həyacanları yaşayan və yaşadan şəxslərin  yanında erməni-türk dostluğundan danışanda adam xəcalət çəkir. Bizim yalnız bir yolumuz var müharibə! Torpaqlarımızı hərbi yolla azad etmək!

Səməd Vəkilov, hüquqşünas

Bir cavab yazın