AfişaManşetMədəniyyətXəbər xətti

“Min Möhtəşəm Günəş” yenidən səhnədə

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 136-cı mövsüm açılışının anşlaqla keçməsi, 600 nəfər tamaşaçının yer olmadığından geri qayıtmaq məcburiyyətində qalması və teatrsevərlərin sevgisini nəzərə alan teatrdan şad xəbər var.

Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov Aktor.Az-a məlumat verərək bildirib ki, noyabrın 27-də saat 19:00-da S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində əfqan yazıçısı Xalid Hüseyninin dünyaca məşhur romanı əsasında səhnələşdirilən “Min möhtəşəm günəş” ikihissəli dramı yenidən tamaşaçılara təqdim olunacaq.

Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, quruluçşu rəssamı Məhsəti Eldarova, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, rejissor assistenti Tural Xəlilzadədir.

Tamaşaya biletlər mərkəzləşdirilmiş kassalardan, ASAN Xidmət və Rus Dram Teatrının kassasından əldə etmək mümkündür.