Tbilisidə Türkiyə səfirliyi qarşısında etiraz aksiyası – FOTOLAR
Tbilisidə Türkiyə səfirliyi qarşısında Yevgeni Primakov adına Rusiya-Gürcüstan İctimai Mərkəzinin Rəhbəri Dimitri Lortkipanidze, Quram Palavandişvili və onun həmfikirləri etiraz aksiyası keçiriblər.24News.ge xəbər verir ki, aksiya iştirakçıları Ayasofiya ilə bağlı Ərdoğanın bəyanatını və Gürcüstanda məscidlərin tikintisinə etiraz ediblər:
“Ərdoğanın verdiyi bəyanat və Ayasofiyanın məscidə çevirilməsi yolverilməzdir çünkü o, tarixi abidədir. Türklərin Gürcüstanda məscidlər tikməsinə isə icazə verilməməlidir”, – deyə onlar fikirlər səsləndiriblər.
Aksiyanın digər təşkilatçılarından olan Quram Palavandişvili isə Azərbaycandakı kilsələrin vəziyyətinin ürəkaçan olmadığını deyərək, Gürcüstandakı məscidlərin azad firavan şəkildə fəaliyyət göstərdiklərini bildirib.