Ana SəhifəXəbər xəttiPaytaxtda REYD - 896 sürücü saxlanıldı

Paytaxtda REYD – 896 sürücü saxlanıldı

Martın 29-da Bakı Şəhər Baş Polis İdarəsinin tabeli orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı əməliyyat-profilaktik, profilaktik-maarifləndimə tədbirləri keçirilib.

İdarənin Mətbuat xidmətindən verilən məlumata görə, paytaxtda nəqliyyat axınının intensiv olduğu yollarda hərəkət iştirakçılarının – sürücü və piyadaların hüquqi maarifləndirilməsi ilə bağlı fərdi söhbətlər aparılıb. Söhbətlərdə inzibati xəta tərkibi yaradan hərəkətlərin təkcə qanun pozuntusu yox, həm də insanın həyat və sağlamlığı, maddi ziyana səbəb olan fəsadlar izah olunub.

Paytaxt üzrə keçirilən kütləvi tədbirdə əsas məqsəd yol hərəkətinin təhlükəsizliyinin etibarlı təminatında hər bir insanın məsuliyyət hissinin artırılması olub. Fərdi profilaktik söhbətlərdə yol polisi, ictimai təhlükəsizlik idarə və şöbələrinin əməkdaşları ilə yanaşı, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

RELATED ARTICLES

CAVABLA

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments