Prezident 5 nəfərə general rütbəsi verdi
Prezident İlham Əliyev Orxan Sultanova general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Aktor.Az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-leytenant ali hərbi rütbəsi verilib.
Prezident başqa bir sərəncamla Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verib:
general-leytenant ali hərbi rütbəsi
general-mayor İsmayıl Məmmədəli oğlu Bağırova
general-mayor ali hərbi rütbəsi
polkovnik Araz Süleyman oğlu Əhmədova
polkovnik Zaur Aydın oğlu Əliyevə
polkovnik Sultan Cavanşir oğlu Fərzəliyevə
Dövlət başçısı Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə və musiqi təhsilinin inkişafında xidmətlərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin müəllimi Tahirə Ənvər qızı Cəfərovaya “Əməkdar müəllim” fəxri adı verib.