GündəmManşetSiyasətVideo xəbərXəbər xətti

QHT Şurası 371 layihəni maliyyələşdirdi – VİDEO

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov və analtik təhlil və elektron xidmətlər bölməsinin rəhbəri Tural Hüseynli AzTv-nin “Səhər” proqramının qonağı olublar.

QHT.az xəbər verir ki, Şura nümayəndələri təmsil etdikləri qurumun 2019-cu il 1-ci qrant müsabiqəsi və yeni tətbiq olunacaq elektron xidmətlər haqqında izləyicilərə məlumat veriblər.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, 2019-cu il 1-ci qrant müsabiqəsində 371 QHT-nin layihəsi qalib olub. Qalib QHT-lərin adları bü gün açıqlanacaq.

Eyni zamanda icraçı direktor qeyd edib ki, yaxın günlərdə Şura növbəti qrant müsabiqəsi elan edəcək.

 

Bir cavab yazın