Sosial

Vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı dəyirmi masa keçiriləcək

Açıq Hökumətin təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoq Platforması “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi ilə birlikdə Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən “Vətəndaş cəmiyyətinin bacarıqlarının inkişafı” layihəsi çərçivəsində “Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyəti üçün əlverişli mühitin təmin edilməsi” mövzusunda dəyirmi masa müzakirələri təşkil edir.

Aktor.Az xəbər verir ki, dəyirmi masada Azərbaycanda QHT-lərin fəaliyyəti üçün qanunvericilik çərçivəsi, qanunvericiliyin təkmilləşdirilməsi, AR Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən elektron xidmətlərlə bağlı vətəndaş cəmiyyətinin gözləntiləri və təklifləri ətrafında müzakirələr aparılacaq.

Tədbirdə Ədliyyə Nazirliyinin rəsmiləri, Azərbaycan Açıq Hökumət Platforması üzvü və digər QHT-lərin nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Tədbir 19 mart 2019-cu il tarixdə, saat 11.00-dan 13.00-dək Bakı şəhərində,Beynəlxalq Mətbuat Mərkəzində (AZ1073,Bakı,Yasamal rayonu, Mətbuat prospekti, 23, 6-cı mərtəbə, dəyirmi zal).

Bir cavab yazın