Aktual.az 5 yaşında!
Bu gün Aktual.az saytının fəaliyyətə başlamasından beş il ötür.
Xəbər portalı 2014-cü ilin mart ayının 18-də yaradılıb. Sayt qısa bir zamanda öz oxucu auditoriyasını toplayıb və ölkənin aparıcı media orqanlarından birinə çevrilib. Artıq 5 ildir ki, ölkənin bir sıra tanınmış imzaları – siyasi xadimlər, müstəqil siyasi şərhçilər, jurnalistlər Aktual.az-la əməkdaşlıq edir. www.aktual.az internet resursunda Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.
Sayt 2015-ci ildə Mətbuat Şurasının üzvlüyünə qəbul edilib.
Saytın baş redaktoru tanınmış jurnalist Əli Həziquliyevdir.
Əli Həziquliyev