Meydan TV-nin rəhbəri Prezidentə təşəkkür etdi
“İlham Əliyevi hər zaman tənqid edən bir vətəndaş kimi, bu gün ona xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bizim mübarizəmizin, ictimai fikrin böyük rolu var, amma Əliyevin son addımları və bu addımı da onun özünün cəsarətli qərarlarıdır”.Aktor.Az-ın məlumatına görə, bunu mühacirətdə olan Emin Milli feysbuk hesabında yazıb.
100-150 insanı həbsdə saxlamaqla nə hakimiyyət alınır, nə də itirilir. İlham Əliyevi dəvət edirəm bu siyasi xətti davam etdirsin və Azərbaycanı yavaş-yavaş real islahatlara doğru aparsın”.
Almaniyada yaşayan Emin Milli yazısında Vətənə qayıtmaq istədiyini bildirib: “Çox istəyərdim ki, Azərbaycana qayıdım və İlham Əliyevdən belə real islahatlar haqqında Meydan TV-də canlı intervyu alım. İlham Əliyev bunları etsə, həm ölkədə, həm də dünyada çox pozitiv, güclü, qorxmaz və maraqlı bir lider kimi böyük rəğbət qazanar və bütün Azərbaycanı irəliyə aparar.
Mən siyasətçi deyiləm və mənim üçün kimin hakimiyyətdə olması yox, ölkənin necə idarə olunması daha vacibdir. Hər zaman düzü tərifləyib, səhvi göstərən biri kimi bu gün İlham Əliyevi ictimai fikrə önəm verərək, belə bir addım atdığı üçün təbrik edirəm. İnanıram ki, bir gün o Meydan TV-də müsahibə verəcək və tariximizdə yeni bir mərhələnin gəldiyini bəyan edəcək.
Düşünə bilərsiz ki, mən xəyalpərəstəm. Ola bilər. Amma mən səmimi inanıram ki, hər kəs dəyişə bilər və ətrafını da müsbət istiqamətdə dəyişdirər. Davamı gəlsin”.