Manşet

Samara-Bakı aviareysi açılır

Rusiyanın “Ural Hava Yolları” şirkəti 2019-cu il aprelin 5-dən Samara-Bakı-Samara marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.Reyslər cümə günləri “Airbus А320” təyyarələri ilə həyata keçiriləcək.

Bir istiqamətə minimal tarif 97 avro (bütün yığımlar nəzərə alınmaqla) təşkil edəcək.

Qeyd edək ki, “Ural Hava Yolları” Rusiyanın sərnişindaşımanın həcminə görə aparıcı şirkətlərindən biridir. 2018-ci ilin yekunu üzrə 9 000 579 nəfər (2017-ci illə müqayisədə 13 faiz çox) şirkətin xidmətlərindən yararlanıb.

Bir cavab yazın