DiasporDünyaƏdəbiyyatManşetVideo xəbər

Əsəd Təhləli dünyasını dəyişdi – VİDEOLAR

Gürcüstanın dövlət və ictimai-siyasi xadimi, tanınmış publisist, jurnalist və yazıçı Mirzə Məmmədoğlu Gürcüstanın Qarayazı (Qardabani) bölgəsinin Ağtəhlə kəndinin sakini Təhləli şair Əsədin (Məmmədov) dünyasını dəyişməsi ilə bağlı şərh yazıb.

Aktor.Az həmin fikirləri təqdim edir:

“Başın sağ olsun, Təhlə eli, Qarayazı camaatı!!!

Bü gün Təhlə elinin və məclislərinin ağsaqqalı, gözəl insan, şair Məmmədov Əsəd dünyasını dəyişib. Allah rəhmət eləsin. 29 il bundan əvvəl öz ifasında lentə aldığım şeirlərini dinləsək, ruhuna dualar oxusaq, Allaha da xoş gedər. Allah Ona qəni-qəni rəhmət eləsin, yeri behişt olsun! Amin! Başın sağ olsun!”

 

Əsəd Təhləli 1929-cu ildə Qarayazı bölgəsinin Ağtəhlə kəndində anadan olub. Sovet dönəmində heyvandarlıq təsərrüfatında baytar həkim işləyib. Təhləli şair Novruzdan şeir sənətinin sirlərini öyrənib. Aşıq şeirinin bütün şəkillərində qələmini sınayıb. Bir şeirlər kitabının müəllifidir.

Gürcüstan Radiosu üçün ötən əsrin sonlarında onun şeirlərini öz ifasında lentə alaraq “Poeziya dəqiqələri” silsiləsindən efirdə dəfələrlə səsləndirilib. Həmin şeirlər şəxsi arxivdə qorunub saxlanılır.

 

 

…və Təhlə dağından bir xatirə!

 

 

Bir cavab yazın