DünyaGündəmManşetSiyasət

“Azərbaycanda Gülənə işləyən KİV-lər var” – Şentop

Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan hakimiyyətinin Fətullah Gülənin terrorçu hərəkatı ilə mübarizəsini yüksək qiymətləndirib. “Anadolu” agentliyi xəbər verir ki, bununla belə, Milli Məclisin spikeri Oqtay Əsədovla görüşdə o, Gülən hərəkatı ilə bağlı olan bir sıra KİV-lərin fəaliyyətlərini davam etdirməsindən təəssüfləndiyini bildirib.

“Gülən hərəkatı ilə mübarizədə əməkdaşlıq iki qardaş ölkənin tərəfdaşlıq ruhuna cavab verir”, – Şentop deyib.

Onun sözlərinə görə, Azərbaycan Türkiyənin xarici siyasətində önəmli yer tutur və Ankara regional və beynəlxalq səviyyədə Bakının maraqlarının müdafiəsinə can atır.

Spiker həmçinin Azərbaycanla Şimali Kipr Türk Respublikasının (ŞKTR – KKTC) dialoqunun əhəmiyyətini qeyd edib.

“ŞKTR parlamentinin nümayəndə heyətinin Bakıya səfəri faydalı oldu. Azərbaycanın dəstəyi kiprli türklərin mənəvi durumu və Kiprdə münaqişənin ədalətli tənzimlənməsi baxımından vacibdir”, – Şentop vurğulayıb.

 

Bir cavab yazın