ManşetSiyasətSosial

Deputatların əmək haqları 5 min manat oldu

Azərbaycanda deputatlar yeni ildən əmək haqları ilə yanaşı, ezamiyyət xərclərini də almağa başlayıblar. Unikal.org-a daxil olan məlumata görə, millət vəkillərimizin ezamiyyət xərcləri, aldıqları əmək haqlarının 100%-nə qədər yüksəlib. 

Beləliklə, hazırda deputatlar orta hesabla 5 000 manatdan artıq maaş alırlar.

Milli məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev yeni ildən deputatlara ezamiyyət xərclərinin verildiyini təsdiqləyib.

Bildirib ki, artım yalnız deputatların səfərləri və bəzi xərcləri üçün nəzərdə tutulub: “Misal üçün deputatlar rayonara, xarici səfərlərə tez-tez gedirlər. Bununla belə, xaricdən qonaqlarımız da gəlir. Əvvəllər bu məsələlərə görə deputatlara vəsait verilmirdi. Yeni ildən sözügedən məsələlərə görə, vəsait ayrılır”.

  • Deputatların əmək haqları5 000 manat oldu