ÇL: “Ayaks” “Real”ı darmadağın edib – VİDEO

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları başa çatıb.Aktor.Az-ın məlumatına görə, ilk 1/4 finalçılar Madrid və Dortmundda keçirilən qarşılaşmalarda müəyyənləşib. Hər iki matçdan sonra qonaq komanda mərhələ adlayıb.

Səfərdə 2:1 hesabı ilə qalib gələn “Real” Madrid evdə gözlənilməz məğlubiyyətlə üzləşib. Oyunun əvvəlində iki top vuran “Ayaks” rəqib meydanında böyükhesablı qələbə qazanıblar – 4:1.

Dortmundda isə Almaniya “Borussiya”sı İngiltərə “Tottenhem”ini qəbul edib. İlk oyunda 3:0 hesabı ilə qalib gələn London təmsilçisi səfərdə də qələbə qazanıb.

Qeyd edək ki, 1/8 finalın cavab oyunları bu gün keçiriləcək iki görüşlə davam edəcək. PSJ (Fransa) “Mançester Yunayted”i (İngiltərə), “Portu” (Portuqaliya) “Roma”nı (İtaliya) qəbul edəcək.

 

Çempionlar Liqası

1/8 final

 

“Real” (İspaniya) – “Ayaks” (Hollandiya) – 1:4

Qollar: Asensio, 70 – Ziyeh, 7, Neres, 18, Tadiç, 62, Şene, 72

İlk oyun – 2:1

 

“Borussiya” (Dortmund, Almaniya) – “Tottenhem” (İngiltərə) – 0:1

Qol: Keyn, 49

İlk oyun – 0:3

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.