FotoGənclər fonduGündəmManşetSiyasət

“Azərbaycanın tarixi abidələri və erməni vandalizmi“ layihəsi çərçivəsində gənclərlə görüşlər davam etməkdədir

Mart ayının 2-si “Azərbaycanın tarixi abidələri və erməni vandalizmi“ layihəsi çərçivəsində Sabunçu Gənclər Evində gənclərlə növbəti görüş həyata keçirilib.

Aktor.Az xəbər verir ki, tədbirdə layihə əməkdaşları, tələbələr, yeniyetmə və gənclər iştirak edib. Tədbiri giriş sözü ilə layihə rəhbəri olan Şəhla Qarayeva açaraq tədbir iştirakçılarını salamlayıb, daha sonra layihə haqqında məlumat verərək bildirib ki, rəhbəri olduğu və həyata keçirdiyi bu layihə işğal altında olan tarixi abidələrimizin tanıdılması, onlar haqqında gənc nəslə detallı informasiyanın verilməsindən, eləcə də ictimaiyyətə bir daha erməni vandalizminə məruz qalmış abidələrimizin tanıdılmasından ibarətdir. Layihəni keçirməkdə əsas məqsəd tarixi yaddaşımızın və dağıdılmış tarixi-mədəniyyət abidələrimizin izlərinin silinməsinin, ya da onların erməni abidələri adı altında saxtalaşdırılmasının qarşısı almaqdır, həmçinin KİV vasitəsi ilə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində tarixi-mədəni abidələrimizə vurulmuş ziyan barəsində ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinə, eləcə də onların vasitəsi ilə beynəlxalq ictimaiyyətə əsil həqiqətləri çatdırmaqdır.

Daha sonra layihənin ümumi məqsədinə uyğun olaraq yeniyetmə və gənclərlə maarifləndirici söhbətlər aparılmış, işğal altında olan torpaqlarımızda yerləşən abidələr barəsində gənclərə informasiyalar verilibdir.

Görüşdə layihənin davamlılığı üçün gənclərdən ibarət bir qrupun idarə edəcəyi “Azərbaycanın tarixi abidələri və erməni vandalizmi“ adı ilə facebook səhifəsinin açılması qərarlaşdırıldı.Bu səhifədə işğal altında olan Azərbaycan torpaqlarında yerləşən tarixi abidələrin tanıdılması ilə bağlı təbliğat işləri aparılacaq.

Qeyd edək ki, “Azərbaycanın tarixi abidələri və erməni vandalizmi“ layihəsi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

 

 

 

Bir cavab yazın