GündəmİdmanManşet

Atletimiz Avropa çempionu oldu

Azərbaycan atleti Nazim Babayev Avropa çempionu olub.İdmançımız Şotlandiyanın Qlazqo şəhərində keçirilən yüngül atletika üzrə Avropa çempionatında üç təkanla uzunluğa tullanma yarışında 17.29 nəticə göstərərək qızıl medal qazanıb. Portqaliyalı Nelson Evora 2-ci (17.11), alman Maks Hess isə 3-cü (17.10) olub.

N.Babayev bu nəticə ilə həm də öz şəxsi rekordunu yeniləyb.

Xatırladaq ki, bundan əvvəl 21 yaşlı atletimiz 2015-ci ildə gənclər, 2017-ci ildə isə 23 yaşlı idmançılar arasında Avropa çempionu olub.