GündəmİqtisadiyyatManşetSiyasət

Prezident problemli kreditlərinin həlli ilə bağlı fərmanı inqilabi addımdır – DEPUTAT

Prezident İlham Əliyevin Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı fərmanı bir daha göstərdi ki, əhalinin sosial müdafiəsini və və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətidir. Bunu Trend-ə Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev tərəfindən ardıcıl imzalanan fərman və sərəncamlar sosial həyatın bütün sahələrini əhatə etdi:

“Bu fərman isə inqilabi bir addımdır. Dünyanın heç bir yerində bu fərmanın analoqu yoxdur. Bu məsələ özəl banklar və vətəndaşlar arasında olan bir məsələ idi. Vətəndaşların özəl banklar qarşısında öhdəlikləri var idi, lakin dövlət bu öhdəlikləri də öz üzərinə götürdü ki, insanlarımız daha yaxşı yaşasın, bu problemlə qalmasın, öz ailəsinin yaxşı yaşamasına, dövlətinin inkişaf etməsinə xidmət etsin”.

İ.Məmmədov vurğulayıb ki, problemli kreditlərin həlli ilə bağlı çox gözəl mexanizm işlənib hazırlanıb: “Bu fərman böyük bir kütləni əhatə edəcək. Bu, möhtərəm Prezidentimiz tərəfindən xalqa böyük bir hədiyyədir. İnsanlarımız bu fərmanı böyük sevinclə qarşıladı. Bu, dünyada bir nümunə ola biləcək bir addımdır”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda bütün məsələlər – problemin ciddiliyi, ağırlıq yükü, onun həllinin büdcəyə, əhalinin rifah halının yüksəlməsinə təsiri, həll üçün maliyyə imkanları, səmərəli tətbiq mexanizminin işlənib hazırlanması, icrasi və icraya nəzarət və s. – hərtərəfli araşdırıldıqdan sonra müvafiq qərar qəbul olunur:

“Birmənalı demək olar ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə sözün əsl mənasında inqilabi qərarlardır. Azərbaycan bütün bunlarla əhalinin sosial məsələlərinin həllində bütün dünyaya öz liderliyini nümayiş etdirdi”.

Bir cavab yazın