Azay Quliyev Prezidentə təşəkkür etdi
Milli Məclisin deputatı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Prezident İlham Əliyevə təşəkkür edib.
Aktor.Az xəbər verir ki, deputat bu barədə tvitter hesabında yazıb: “Problemli #kreditlərlə bağlı dövlət başçısı qərar verdi. #Vətəndaşların banklara 10 min ABŞ dollarınadək olan kredit borclarının devalvasiya ilə əlaqədar manatla artmış hissəsini müvafiq qaydada dövlət ödəyəcək. Bu tarixi və humanist qərara görə cənab Prezidentə təşəkkür edirəm”.