Milli Şuranın mitinqinə yenə icazə verilmədi
Milli Şura bu dəfə də mitinq üçün icazə ala bilməyib.Bakı Şəhər İcra Hakimiyyəti Şuranın mitinqinə razılıq verməyib.
Meriya qurumun həmin tarixdə mitinq keçirməsini məqsədəuyğun hesab etməyib.
Qeyd edək ki, Milli Şura martın 2-də mitinq keçirməyə hazırlaşırdı. Mitinqə Yasamal rayonu “İnşaatçılar” metro stansiyası yaxınlığındakı “Məhsul” stadionunda şərait yaradılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdi.
Xatırladaq ki, Milli Şura bundan öncə, yanvarın 26-sı və fevralın 23-ü üçün də aksiyaların keçirilməsi ilə bağlı meriyaya müraciət etmişdi. Lakin heç bir müraciətə müsbət cavab ala bilməmişdilər.(Yeni Sabah)