MədəniyyətŞou-biznes

Canəli Əkbərovdan Arif Babayevə ad günü təbriki: “Allah ağıl versin”

Bu gün xalq artisti, professor, “Şöhrət” və “İstiqlal” ordenli xanəndə Arif Babayevin doğum günüdür. Cebhe.info uzun müddətdir ki, Arif Babayevlə küsülü olan xalq artisti Canəli Əkbərovla əlaqə saxlayıb. Xalq artisti bildirib ki, Arif Babayevin ad günü olduğundan xəbərsizdir: 

“Sözün açığı mən belə şeylərlə maraqlanmıram, indi bildim ki, onun ad günüdür”. Bəs xalq artistinin ağsaqqal həmkarı ilə indiki münasibətləri nə yerdədir? 

Canəli Əkbərov suala belə cavab verib:

“Mən özümə cavabdehəm və hər şeyi özümlə götür-qoy edirəm. Allah onlara cansağlığı, bir az da möhkəm ağıl versin”.

Xatırladaq ki, iki il əvvəl Canəli Əkbərov Beynəlxalq Muğam müsabiqəsinin münsiflər heyətinə buraxılmamışdı. Münsiflər heyətinin 5 üzvü: xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Əlibaba Məmmədov və Sərdar Fərəcov həmkarları Canəli Əkbərovun muğam müsabiqəsində münsif olmasını istəməmişdirlər. Onlar Canəli Əkbərov haqqında sərt ittihamlar səsləndirmiş, o, münsif olarsa, müsabiqədə iştirakdan imtina edəcəklərini bildirmişdilər.

Bundan sonra isə xalq artistləri bir-birlərinə kinayəli atmacalar atmış və qalmaqal böyümüşdü.

Bir cavab yazın