FotoGənclər fonduGündəmManşetMedia

Kollecdə “Yeni media:problemlər və perspektivlər”in yekun müzakirəsi keçirilib – FOTOLAR

Fevralın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Neft-Energetika Kollecində Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi 11-ci qrant müsabiqəsinin “C” (fiziki şəxslərin layihələri) kateqoriyası üzrə qalibi olmuş Qurban Qəhrəmanovun “Yeni media:problemlər və perspektivlər” adlı layihəsinin yekun müzakirəsi keçirilib.

Aktor.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Qurban Qəhrəmanov həmkarlarını salamlayaraq, onun təşəbbüsünü dəstəklədiyinə görə, Azərbaycan Respublikası Gənclər Fonduna təşəkkür edib və ölkəmizdə gənclərə yaradılan şəraitdən, dövlətin həyata keçirdiyi mühüm layihələrdən, həmçinin yeni nəslə göstərilən qayğıdan bəhs edib.Daha sonra zaldakı tələbələri fəallığa səsləyib və müzakirələrdə aktuallıq göstərməyə çağırıb.O, bildirib ki, özünə əmin olan tələbə-gənc onu maraqlandıran məsələ ilə əlaqədar Fondun elan etdiyi müsabiqələrə qatılar, layihəsi müsbət rəy ala bilər.

Növbəti çıxış edən Kollecin direktor müavini Hüseyn Hüseynov təmsil olunduğu təhsil ocağında gənclərə yaradılan şəraitdən, onların bilik və bacarığının artırılması üçün görülən işlərdən danışıb.Natıq Azərbaycan Respublikası Gənclər Fondunun,habelə digər dövlət qurumlarının oxşar layihələrinin kollecdə məmnunluqla müzakirəsinin təşkil olunduğunu bildirərək, layihə rəhbəri Qurban Qəhrəmanova, ekspertlərə və tələbələrə uğurlar arzulayıb.

Layihə ilə bağlı ekspert qismində çıxış edən www.Aktor.az saytının təsisçisi Telman Məmmədov öncə Azərbaycan dövlətinin gənclərə qayğısından, ölkə başçısı İlham Əliyevin bu yaş kateqoriyasından olan şəxslərə geniş imkanlar yaradılmasına göstəriş verməsindən danışıb. Natiq Azərbaycan Respublikası Gənclər Fondunun çevik fəaliyyətini buna nümunə göstərib. Sonra o, müzakirə olunan mövzunun vacibliyindən, bu yöndə gənclərin üzərinə düşən vəzifələrdən bəhs edib. Ekspert bildirib ki, müasir dünyada baş verən siyasi proseslər, xüsusən də regionda cərəyan edən hadisələr internet media və sosial şəbəkələrdən duzgün və səmərəli istifadəni, həmçinin çeşidli şəkildə fəaliyyəti labüd edir.

Müzakirələrdə iştirak edən Kollecin müəllimləri gənclərə tövsiyyə və təkliflərini veriblər, internet mediadan səmərəli istifadə etməyə çağırıblar, həmçinin sosial şəbəkələrdə Azərbaycanın milli maraqlarının qorunması üçün addımlar atmağa səsləyiblər. Onlar həmçinin sosial platformalarda milli-mənəvi dəyərlər və etik normaların təbliğinin vacibliyini də önə çəkiblər.

Təlimin gedişatında tələbələrin sualları cavablandırılıb, iştirakçılara sertifikat, buklet və əyani vasaitlər təqdim edilib.

Xatırladaq ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.