GündəmManşetSiyasət

Azay Quliyev USAİD-in ölkəmizdəki nümayəndəliyinin rəhbəriylə görüşüb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkəmizdəki nümayəndəliyinin rəhbəri cənab Cey Sinkhi və qurumun İdarəçilik və iqtisadi dayanıqlıq şöbəsinin direktoru xanım Aylin Şivan Loulesi qəbul edib.

Aktor.Az xəbər verir ki, görüşdə USAID və Şura arasında əməkdaşlıq məsələləri, eləcə də QHT sektorunun inkişafına xidmət edən birgə layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb.