GündəmManşetSiyasət

Onların xəbis niyyətlərinə çatması sıfra bərabərdir – DEPUTAT

Azərbaycana qarşı qarayaxma kampaniyası keçirən müxtəlif beynəlxalq siyasi dairələrin və onların əlaltısı olan yerli antimilli ünsürlərin xəbis niyyətlərinə çatmaq imkanları sıfra bərabərdir.Aktor.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirli son hadisələri şərh edərkən belə deyib.

Onun fikirlərini təqdim edirik:

Azərbaycana qarşı qarayaxma kampaniyası keçirən müxtəlif beynəlxalq siyasi dairələrin və onların əlaltısı olan yerli antimilli ünsürlərin xəbis niyyətlərinə çatmaq imkanları sıfra bərabərdir. Səbəbi isə aydındır. Azərbaycanda belə ekpserimentlər üçün münbit şərait yoxdur. Çünki ölkəmiz sürətlə inkişaf edir, siyasi və iqtisadi sabitlik hökm sürür. Multikulturalizm həyat tərzinə çevrilmişdir. Ən başlıcası, xalq-hakimiyyət vəhdəti vardır. Xalq Prezidentini sevir, Prezident də xalqının bu etimadını yalnız milli maraqlara söykənən müstəqil siyasəti ilə doğruldur. Bizi həm güclü edən, həm də təzyiq tərəfinə çevirən əsas amil bununla bağlıdır. Bu, təkzibedilməz reallıqdır. Digər reallıq isə ondan ibarətdir ki, öz çirkin siyasətləri ilə demokratiya və insan haqları kimi bəşəriyyətin uzun mübarizə nəticəsində əldə etdiyi tarixi dəyərləri cılız korporativ maraqlar naminə ucuzlaşdıran həmin qüvvələr tarixdə bütöv, tam yox, bir epizod, bir fraqment, bir ləkə kimi qalacaqlar.

“Ziyanın yarısından qayıtmağın özü bir xeyirdir” kəlamından çıxış edərək, Prezizent İlham Əliyevin həmin antiazərbaycan qüvvələrə ünvanladığı olduqca ibrətamiz və xəbərdaredici fikirləri ilə yazıya yekun vururam: ”Əlbəttə, antiazərbaycan qüvvələri bizə qarşı durmadan fəaliyyət göstərir. Azərbaycanın uğurlu inkişafını qəbul etməyən, bizim işimizə kölgə salmaq, bizi ləkələmək istəyən dairələr öz səylərini davam etdirirlər. Ancaq nə Azərbaycanda, nə də ölkəmizdən kənarda onların səyləri heç bir nəticə vermir və verə bilməz. Biz isə onlara ən yaxşı cavabı öz işlərimizlə veririk və onların nə sözlərinə, nə məqalələrinə, nə bəyanatlarına heç bir əhəmiyyət vermirik və verməyəcəyik””.

Bir cavab yazın