GündəmManşetMedia

Bu missiyanı Mətbuat Şurası yerinə yetirə bilər – Müşfiq Ələsgərli 

“Kütləvi İnformasiya Vasitələri haqqında” qanunda dəyişikliklər edilməlidir, yeni qaydalar tətbiq olunmalıdır. Hazırda müəyyən qəzet və jurnallarda təkmilləşmə işləri gedir. Bəzi media orqanlarında etik qaydalar pozulur. Bunların qarşısı qanunvericiliklə alınmalıdır”.

Bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib.

O qeyd edib ki, vətəndaşın aşağılanması, dövlət əleyhinə çağırışlar yolverilməzdir: “Mətbuat Şurası bununla bağlı tədbir görməli, məsələnin həlli yolları araşdırılmalıdır”.

Bəs bununla bağlı Mətbuat Şurası hansı addımları atmalıdır? 

Mövzu ilə əlaqədar Azadinform-un suallarını cavablandıran Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, Mətbuat Şurasının statusunun yenilənməsi, daha effektiv fəaliyyət göstərə bilməsinə şərait yaradılması barədə təkliflər uzun müddətdir müzakirə olunur: “Həqiqətən də, onlayn sferada baş verən neqativlərin aradan qaldırılması üçün ən yaxşı vasitə burada özünütənzimləmə qurumlarının formalaşdırılması ola bilər. Bu missiyanı isə ən yaxşı formada Mətbuat Şurası yerinə yetirə bilər. Amma bunun üçün qanunvericilik yenilənməlidir, Mətbuat Şurasına yeni səlahiyyətlər verilməlidir. Artıq bunun üçün təkliflər hazırlanıb və müvafiq qurumlara təqdim edilib”.

M. Ələsgərli əlavə edib ki, əgər məsələ Milli Məclisin diqqətini çəkirsə, bu yaxşı haldır: “Deməli, hər kəs onlayn sferada tənzimləmənin zəruriliyi qənaətinə gəlib və bunun üçün ən məqbul variantın Mətbuat Şurası olacağı qənaəti möhkəmlənir”.

Bir cavab yazın