Paralimpiyaçılar dünya kubokuna yollanıblar
Azərbaycanlı paralimpiyaçılar Pauerliftinq üzrə Dünya kuboku yarışlarında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə yola düşüblər.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən Aktor.Az-a verilən məlumatına görə, yarışlar6-13 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək. Dünya kuboku yarışları “Tokio 2020” yay paralimpiya oyunlarına lisenziya xalı qazandırır.
Yarışlarda Azərbaycanı idmançılar Şamo Aslanov, Nurlan Babacanov və Pərvin Məmmədov olmaqla 3 nəfər təmsil edir.
Yarışa yola düşməzdən öncə idmançılarla komitədə görüş keçirilib. İdmançıların fiziki və psixoloji hazırlığının yüksək olduğu qeyd olunub.